DÜNYA


Banqladeşdə öldürülən 20 girovun hamısı xarici ölkə vətəndaşıdır

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Banqladeşin paytaxtı Dəkkə şəhərində yerləşən restorana hücum nəticəsində həyatını itirən 20 girovun hamısı xarici ölkə vətəndaşıdır. Bu barədə ölkə ordusunun yüksək vəzifəli nümayəndəsi Şahab Uddin məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şahab Uddinin sözlərinə görə, həlak olanların əksəriyyəti İtaliya və Yaponiya vətəndaşlarıdır. Bir qədər əvvəl Banqladeş ordusunun generalı Asraf Çouduri xüsusi təyinatlı dəstənin paytaxtdakı restoranda girovların azad edilməsi üçün keçirdiyi xüsusi əməliyyat nəticəsində 13 nəfərin azad olunduğunu, həmçinin 6 yaraqlının öldürüldüyünü bildirmişdi.

Xatırladaq ki, iyulun 1-də bir neçə silahlı şəxs Dəkkənin diplomatık rayonunda yerləşən restorana daxil olaraq ətrafdakı insanlara atəş açmış və 20 nəfəri girov götürmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.