DÜNYA
Banqladeşdə təbii fəlakət qurbanlarının sayı 60 nəfərə yaxınlaşır
Bakı, 13 iyun, AZƏRTAC
Banqladeşdə leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 57 nəfərədək artıb.
AZƏRTAC xəbər verir ki, France Presse agentliyinin yaydığı məlumata görə, Banqladeşin şərq hissəsi iyunun 12-dən etibarən güclü leysan yağışlarının təsirinə məruz qalıb. Təbii fəlakətdən ən çox Ranqamati və Bandarban əyalətləri zərər çəkib. Bu rayonlarda telefon əlaqəsi kəsilib, nəqliyyatın hərəkəti pozulub.
Polisin məlumatına əsasən, Ranqamati dairəsində torpaq sürüşməsi yaşayış binasında 35 nəfərin həyatına son qoyub. Daha 6 nəfər, o cümlədən 3 uşaq Bandarbanda, 16 nəfər isə Çittaqonq şəhəri rayonunda həlak olub.
Ölənlərin sayının artacağı istisna olunmur. Hazırda xilasedicilər təbii fəlakət nəticəsində zərər çəkmiş çətin keçilən rayonlara çatmağa çalışırlar.
Xatırladaq ki, Banqladeşdə musson yağışlar mövsümü iyundan sentyabradək davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]