DÜNYA


Barak Obama 11 sentyabr faciəsi qurbanlarının xatirəsini yad edib

A+ A

Bakı, 11 sentyabr, AZƏRTAC

ABŞ prezidenti Barak Obama 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilmiş dəhşətli terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Barak Obama terror aktları nəticəsində həlak olanların xatirəsini Ağ evdəki Oval kabinetdə bir dəqiqəlik sükutla anıb. Daha sonra Prezident Pentaqona gedərək faciə qurbanlarının memorialına əklil qoyub. Barak Obama burada keçirilən mərasimə toplaşanlar qarşısında çıxış edib.

Xatırladaq ki, on beş il əvvəl - 2001-ci il sentyabrın 11-də terrorçular qaçırdıqları sərnişin təyyarələrini Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpıblar. Daha bir təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə vurulub. Dünyanı sarsıdan bu terror aktları nəticəsində 3 minə yaxın insan həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.