DÜNYA


Barak Obama: Dallasdakı hadisə məqsədyönlü və planlı şəkildə həyata keçirilib

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Texas ştatının Dallas şəhərində baş verən atışma məqsədyönlü və planlı şəkildə həyata keçirilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama NATO sammiti əsnasında Avropa Şurasının başçısı Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşün nəticələri haqqında açıqlama verərkən bildirib.

“Dallasda baş verən iyrənc cinayət məqsədyönlü və planlı şəkildə həyata keçirilib. Biz Federal Təhqiqatlar Bürosunun rəhbərliyi ilə daimi əlaqə saxlayırıq. Lakin hələ ki Dallasda baş verən atışmanın səbəbi barədə dolğun informasiyaya malik deyilik”, - deyə Barak Obama etiraf edib. Bununla yanaşı, o, ABŞ-ın xüsusi xidmət orqanlarında bu cinayətlə bağlı çox sayda şübhəlinin olduğunu qeyd edib.

ABŞ prezidenti, həmçinin yerli hökumətlə həmrəy olduqlarını bildirib və Dallasda vəzifə borclarını yerinə yetirərkən həyatını itirən və yaralanan polis əməkdaşlarının ailələrinə başsağlığı verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.