DÜNYA


Barak Obama Florida ştatında Hillari Klintonun lehinə təşviqat aparıb

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ prezident seçkiləri astanasındadır. Seçki yarışı nəinki namizədlər, həmçinin hazırkı Prezident Barak Obama üçün də gərgin keçir. O, mütəmadi olaraq amerikalıları gələcək seçkilərdə Hillari Klintonu dəstəkləməyə çağırır.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, oktyabrın 28-də Barak Obama Florida ştatında Hillari Klintonun lehinə təşviqat aparıb.

“Sizi bilmirəm, amma mən özümü yorğun hiss etmirəm. İşimi davam etdirməyə hazıram və istəyirəm ki, siz də mənə dəstək olasınız. Məhz buna görə də Floridaya gəlmişəm və keçən dəfə mənim üçün etdiyiniz kimi, indi də bacardığınız qədər çalışmağınızı istəyirəm. Eyni şeyləri ABŞ-ın növbəti prezidenti olmağa layiq Hillari Klinton üçün də edin”, - deyə Prezident Barak Obama Orlando şəhərində keçirilən seçkiqabağı mitinqdə bildirib.

Ekspertlərin fikrincə, Florida ştatında səsvermənin nəticələri namizədlərin hər hansı birinin qələbəsi üçün mühüm rol oynaya bilər. Florida “tərəddüdlü” adlanan ştatlar qrupuna daxil olduğu üçün vacib sayılır. Bu ştat nə demokratlar, nə də respublikaçılar üçün dayaq nöqtəsi deyil. Odur ki, noyabrın 8-nə təyin edilmiş ümumi prezident seçkilərinin nəticələri xeyli dərəcədə Florida ştatında qazanılan qələbədən asılı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.