DÜNYA
Barak Obama Trampa qarşı mübarizədə Hillari Klintonu dəstəkləyib VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
“Dünyaya iki fərqli baxış, iki nəzər nöqtəsi, iki dəyər toplusu”, - deyə San-Fransiskoda tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti postuna Demokratik Partiyanın namizədi Hillari Klinton respublikaçı namizəd Donald Trampla aralarında olan fərqi belə xarakterizə edib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Ohayo ştatında demokratların yığıncağında çıxış edən hazırkı Prezident Barak Obama da Hillari Klintonu dəstəkləyib.
“İki namizəd arasında fərq indiyə qədər bu dərəcədə açıq-aşkar olmayıb. Biz bir tərəfdə yüksək təcrübəyə malik olan, digər tərəfdə isə hər dəfə çıxış edərkən Oval kabinetə yararsızlığını bir daha təsdiqləyən namizədlər arasında seçim etməliyik”.
Obama, həmçinin respublikaçıların özlərinin də, çox güman ki, Trampa inamlarının itdiyini qeyd edib.
Hillari Klinton isə öz çıxışında Trampın mövqeyinin artıq aydın göründüyünü deyib və seçiciləri onun Amerika üçün təhlükəli olan görüşlərinin üstün gəlməsinə imkan verməməyə çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]