DÜNYA


Barak Obama güclü daşqınların baş verdiyi Baton Rouqe şəhərinə gedəcək

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

ABŞ Prezidenti Barak Obama güclü leysan yağışları və daşqınlar nəticəsində insan tələfatının yaşandığı Luiziana ştatının Baton Rouqe şəhərinə gedəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evdən edilən açıqlamada deyilir. Bildirilir ki, ABŞ-ın daxili işlər naziri Ceh Conson hadisə yerinə gedərək apardığı araşdırmalar barədə Barak Obamanı məlumatlandırıb. ABŞ Prezidenti isə bölgəyə getmək barədə qərar qəbul edib.

B.Obamanın daşqınlar olan şəhərə gələn həftənin çərşənbə axşamı günü gedəcəyi açıqlanıb.

Qeyd edək ki, güclü leysan yağışları və daşqınlar nəticəsində bölgədə ölənlərin sayı 13-ə çatıb, 40 min evə ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.