DÜNYA


Barak Obama: hakimiyyət dinc yolla təhvil veriləcək VİDEO

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Barak Obama bu gün Ağ evdə Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampı qəbul edəcək. Amerika administrasiyasının hazırkı başçısı seçki kampaniyasının gedişində dəstəklədiyi Hillari Klintonun lazımi miqdarda səs toplaya bilməyəcəyi bəlli olduqdan sonra milyarderi qələbə qazanması münasibətilə təbrik edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Barak Obama hər bir seçkinin yekununda qalib və məğlub tərəflərin olduğunu xatırladıb. Həmçinin qeyd edib ki, namizədlərin hansı düşərgəyə məxsus olmasının əhəmiyyəti yoxdur və onların hər ikisi vətənpərvərdir.

Donald Tramp da öz növbəsində qələbəsini elan etdikdən sonra fikir ayrılıqlarını unutmağa çağırıb.

Qeyd edək ki, ABŞ-da hakimiyyətin təhvil verilməsi prosesi 73 gün davam edir. Donald Tramp prezident vəzifəsinin icrasına de-fakto 2017-ci il yanvarın 20-dən etibarən başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.