İDMAN
Barak Obama mərcdə Belçikanın baş nazirinə iki yeşik pivə uduzub
Belçika və ABŞ yığma komandalarının oyunu ərəfəsində Belçikanın baş naziri “Twitter” sosial şəbəkəsində Prezident Obamaya uduzan tərəfin iki yeşik pivə verməsini təklif edib.
İyunun 27-də keçirilən matç “qırmızı şeytanlar” adlandırılan Belçika yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
ABŞ-ın Belçikadakı səfirliyi elan edib ki, B.Obama tərəfindən Brüsselə baş nazir Di Rupaya iki yeşik “Semuel Adams” pivəsi çatdırılıb. Belçika baş naziri də bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, bu Obamanın idman mərclərində uduzduğu ilk pivə yeşikləri deyil. Bundan əvvəl - Soçidə keçirilən Olimpiada zamanı Obama Kanadanın baş naziri Stiven Harperlə mərc gəlmişdi ki, amerikalı kişi və qadın xokkeyçilərin kanadalı həmkarlarına qalib gələcəklər. Amma ABŞ Prezidenti həmin mərci də uduzmuşdu.