MƏDƏNİYYƏT


“Barboskinlərin Yeni il sərgüzəştləri” təqdim olunacaq

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Dekabrın 25-də Heydər Əliyev Sarayında “Barboskinlərin Yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, “Özəl teatr” yeni texnologiyalar, başgicəlləndirici effektlər, rəqslər və mahnılardan istifadə etməklə maraqlı musiqili turne şousu təqdim edir. Tamaşanı “Barboskinlərdə Yeni il” və “Barboskinlər kiber məkanda” kimi hitlərin rejissorları təqdim edirlər.

Nağılın orijinal süjeti şounu Yerdəki ölkələr üzrə virtual səyahətlər karnavalına çevirir. Qış tətilləri zamanı Barboskinlərin ailəsi Şaxta baba səltənətində peyda olur. Füsunkar Yeni il möcüzəsi bayramına amansız Epidemiya Oznobovna və Nasmork Virusoviç qorxu salırlar. Bütün dünyanı tutmaq istəyən hər iki cani Şaxta babanın əfsanəvi nəqliyyat vasitəsindən istifadə edir. Təcili tədbirlər görmək lazımdır. Barboskinlər möcüzəli “slayp”ın köməkliyi ilə Çin, Fransa və Avstraliyadan olan köpəklərlə əlaqə saxlayırlar. Hər yerdə onların köməyini gözləyirlər və cəsur ailə çox sürətli dünya səyahətini həyata keçirir. Tamaşaçılarla birgə gənc Barboskinlər məkrli düşmənlərə qalib gələ bilərlər.

Kompyuter qrafikası, rəngarəng geyimlər, ifaçıların zərif incəsənəti ilə ahənglik təşkil edən sirayətedici mahnılar bayramın bütün qonaqlarına silinməz təəssüratlar bəxş edəcək. Tamaşada əsl sirk artistləri və bütün uşaqların sevimli personajları olan Barboskinlər iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.