İQTİSADİYYAT


“Barclays Capital”: Neftin hasilat miqdarının “dondurulmasında” aparıcı ölkə İran olacaq

A+ A

Bakı, 30 avqust, Nihad Budaqov, AZƏRTAC

Neftin hasilat miqdarının “dondurulmasında” aparıcı ölkə İran olacaq.

AZƏRTAC xəbər verir ki, “Barclays Capital” ınvestisiya bankının analitikləri bu fikirdədir. Analitiklər Əlcəzairdə İranın da dəstəyi ilə bir razılığın əldə olunacağı təqdirdə neft bazarında sürətli şəkildə yenidən tarazlığın yarana biləcəyi qənaətindədirlər.

Lakin İranın neftin hasilat miqdarının “dondurulması” ilə bağlı razılığa dəstək verib-verməyəcəyi isə hələ ki, qeyri-müəyyənliyini qoruyub saxlayır.

Qeyd edək ki, avqustun 25-də İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin Əlcəzairdə keçiriləcək toplantısında iştirak edəcəyini açıqlamışdı.

Xatırladaq ki, OPEC-ə üzv və digər böyük neft istehsalçısı ölkələrin nümayəndələrinin sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində danışıqlar aparması gözlənilir. Danışıqlarda neftin hasilat miqdarının “dondurulması”nın əsas müzakirə mövzusu olacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.