İDMAN


“Barselona” futbol klubunun titul sponsoru dəyişə bilər

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

“Barselona” futbol klubunun titul sponsoru dəyişə bilər.

AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi iyulun 30-dək yeni sponsorla rəsmi müqavilə imzalayacaq.

Son bir neçə ildə klubun baş sponsoru olan “Qatar Airways”la yanaşı ABŞ-ın nəhəng internet servisi olan “Amazon”la da danışıqlar gedir. Hələlik “Amazon”un təklif etdiyi rəqəm “Barselona”nın tələb etdiyi illik 65 milyon avro həddinə çatmır. Əgər tərəflər maddi məsələdə razılaşsalar, o zaman “Barselona”nın yeni mövsümdə baş sponsoru Amerika şirkəti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.