İDMAN


“Barselona” klubu Andre Qomeşin transferini rəsmiləşdirib VİDEO

A+ A

Bakı, 28 iyul, AZƏRTAC 

“Barselona” futbol klubu “Valensiya”nın yarımmüdafiəçisi Andre Qomeşin transferini rəsmiləşdirib.

AZƏRTAC xəbər verir ki, 22 yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb.

Portuqaliyalı futbolçunun transferi Kataloniya təmsilçisinə 35 milyon avroya başa gəlib. Bu məbləğin 20 milyonunu öncədən “Valensiya”ya verəcək “Barselona” qalan 15 milyon avronu isə qarşıdakı illərdə ödəyəcək.

Qeyd edək ki, “Valensiya” Qomeşi 2014-cü ildə 15 milyon avro müqabilində “Benfika”dan transfer etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.