DÜNYA


Barselona yaxınlığında Napoleonun İngiltərəyə hücum planının sxemi tapılıb

A+ A

Madrid, 5 oktyabr, AZƏRTAC 

İspaniyanın Barselona şəhəri yaxınlığındakı Mataro qəsəbəsinin arxivindən XVIII əsrə aid sxemlər tapılıb. Arxivin direktoru Aleksis Serrano əmindir ki, bu, Fransa imperatoru Napoleonun İngiltərəyə hücumu üçün nəzərdə tutulmuş planın sxemidir.

A.Serrano müəyyən edib ki, bu sxemləri “Matarolu” ticarət gəmisinin kapitanı Xosep Fornels Napoleon üçün hazırlayıb. Sxemdə üzərində 100 minlik qoşunu və ona uyğun ləvazımatı daşıya biləcək üzən qurğu təsvir olunub. Onun vasitəsilə Napoleon qoşunları La-Manş boğazını keçərək İngiltərəyə hücum etməli idilər. Aleksis Serrani bu planın niyə baş tutmaması haqqında heç nə deməyib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.