İDMAN


“Barselona” yeni baş məşqçinin təyin olunduğunu elan edib

Bakı, 30 may, AZƏRTAC 

İspaniyalı mütəxəssis Ernesto Valverde İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçisi təyin edilib. Bunu kataloniyalıların prezidenti Xosep Bartomeu mətbuat konfransında elan edib.

Komandanın mətbuat xidmətinin məlumatında deyilir ki, 53 yaşlı məşqçi ilə müqavilə müddəti daha bir mövsüm uzadılma imkanı ilə iki il müddətinə nəzərdə tutulub. E.Valverde rəsmi surətdə iyunun 1-də təqdim ediləcək.

X.Bartomeu deyib: “E.Valverdedə bizə lazım olan istedad, bilik və təcrübə var. O, işləyən adamdır, oyunun fəlsəfəsini və klubumuza münasib olan iş üslubunu bilir, habelə məşqlərdə və oyunlarda yüksək texnologiyalardan istifadənin tərəfdarıdır”.

E.Valverde “Barselona”nın baş məşqçisi vəzifəsində mövsüm başa çatandan sonra klubu tərk edəcəyini qabaqcadan elan etmiş Luis Enrikeni əvəzləyəcək.

E.Valverde son dörd mövsümdə Bilbaonun “Atletik” klubuna hamilik edib. Onun rəhbərliyi ilə komanda ötən mövsümdə İspaniya çempionatında yeddinci yeri tutub.

E.Valverde 1988-1999-cu illərdə “Barselona”nın hücumçusu olub. 2001-ci ildə “Atletik”in məşqçilər qərargahına daxil olandan sonra məşqçilik fəaliyyətinə başlayıb, sonralar bu kluba başçılıq edib. O, bu illər ərzində İspaniyanın “Espanyol”, “Vilyarreal”, “Valensiya”, habelə Yunanıstanın “Olimpiakose” klublarında müvəffəqiyyətlə çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.