İDMAN


Barselonada Arkadi Naydiçin ilk rəqibi Argentina nümayəndəsi olacaq

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Kataloniyada “XXI Magistral Internacional Ciutat de Barcelona 2016” beynəlxalq şahmat turnirinə start verilir. Dairəvi sistem üzrə keçirilən turnirdə səkkiz şahmatçı qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, bu turnirdə Azərbaycan qrossmeysteri Arkadi Naydiç, polyak Yan-Kristof Duda, rusiyalı Vadim Zvyagintsev, argentinalı Fernando Peralta, ispaniyalı David Anton Quijarro və üç kataloniyalı şahmatçı – Xozep Manuel Lopes Martinez, Miquel Munyos və İpolito Asis Qarqataqli çıxış edəcək.

Birinci turda ağ fiqurlarla oynayacaq Arkadi Naydiçin rəqibi argentinalı qrossmeyster Fernando Peralta olacaq.

Barselona turniri oktyabrın 28-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.