DÜNYA


Barselonada yanğın səbəbindən 22 min nəfər təxliyə olunub

Bakı, 30 iyul, AZƏRTAC

İspaniyanın Barselona şəhərində keçirilən musiqi festivalı zamanı yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, Evening Standart nəşrinin yaydığı məlumata görə, yanğın Tomorrowland Unite festivalının əsas səhnəsində amerikalı dicey Stiv Aokinin çıxışına bir neçə dəqiqə qalmış başlayıb. Qatı tüstüyə bürünmüş ərazidən 22 min nəfərə yaxın insanı təxliyə edilib.

Nəşrin yazdığına görə, təxliyə sakit şəraitdə keçib, insident zamanı xəsarət alan olmayıb. Yanğına atəşfəşanlıq zamanı səhnəyə düşən fişəngin səbəb olduğu bildirilir. Səhnə başdan-başa yanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.