DÜNYA
Barselonadan Düsseldorfa uçan təyyarəni ikinci pilotun bilərəkdən qəzaya uğratdığı ehtimal olunur
Paris, 26 mart, AZƏRTAC.
Barselonadan Düsseldorfa uçan təyyarəni ikinci pilotun bilərəkdən qəzaya uğratdığı ehtimal olunur.
Bu fikri martın 26-da Marsel şəhərinin prokuroru Bris Robən Almaniyanın “Germanwings” aviaşirkətinə məxsus təyyarənin Fransa ərazisində müəmmalı çəkildə qəzaya uğraması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Prokuror Marinana hava limanında keçirdiyi mətbuat konfransında təyyarənin kabinəsində olan Almaniya vətəndaşı 28 yaşlı Andreas Lubitz adlı ikinci pilotun son ana qədər kabinədə sağ olduğunu və təyyarəni qəzaya uğratmaq fikrinə düşdüyünü bəyan edib. Prokuror bildirib ki, təyyarə kapitanının bir anlığa kabinədən çıxmasından istifadə edən A.Lubitz dərhal qapını bağlayıb və onun qapını açmaq barədə tələbini rədd edib.
Bütün bu epizodların təyyarənin qara qutusunda yazıldığını bildirən Bris Robən ikinci pilotun bilərəkdən təyyarəni dağa tərəf istiqamətləndirərək dağa çırpdığını və 150 insanın həyatına son qoyan qəzanı törətdiyini diqqətə çatdırıb.
Mütəxəssislər qəza ilə bağlı yekun nəticənin birinci qara qutunun tam açılmasından sonra əldə ediləcəyini bildiriblər.
Təyyarə qəzasında həlak olanların 800-dək yaxını Barselonadan və Düsseldorfdan hadisə yerinə gəlib. Onlardan bəziləri gecəni orada keçirməyi qərara alıblar. Fransa Prezidenti Fransua Ollandın göstərişi ilə onların gecələmələri üçün ayrıca yer ayrılıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris