DÜNYA


Barselonanın El Prat hava limanı beş gündür tullantılardan təmizlənmir

Madrid, 3 dekabr, AZƏRTAC 

Barselona şəhərinin əsas hava limanı sayılan “El Prat” aeroportunda təmizlik işlərini həyata keçirən şirkətin əməkdaşları tətil edirlər. Nəticədə beş gündür təmizlik işləri aparılmayan hava limanında acınacaqlı vəziyyət yaranıb.

“Valoriza” şirkətinin əməkdaşları əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə 5 günlük tətil elan ediblər. Lakin bu günlər ərzində onlarla heç bir danışıq aparılmayıb. Buna görə də tətilçilər işi yalnız müvəqqəti bərpa edəcəklərini, Milad bayramı ərəfəsində - dekabrın 22-dən etibarən yenidən tətilə başlayacaqlarını bildiriblər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.