İDMAN


“Barselona”nın sonuncu oyunu komandanın hücumçuları üçün əlamətdar olub

A+ A

Bakı, 12 yanvar AZƏRTAC

Yanvarın 11-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsində “Barselona” komandası “Atletik Bilbao”nu 3:1 hesabı ilə məğlub edib.

AZƏRTAC xəbər verir ki, oyun “Barselona”nın hücum xəttindəki “qızıl üçlüy”ün - Lionel Messinin, Luis Suaresin və Neymarın gözəl oyunları və qolları ilə yadda qalıb. Bu qollar hər üç futbolçu üçün əlamətdar olub.

İlk oyunda 1:2 hesabı ilə məğlub olan kataloniyalılar qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıblar. Rəqib qapısına yol tapan Luis Suares bununla da komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı futbolçu bu göstəriciyə 120-ci matçda nail olub.

Son 11 oyunda qol vura bilməyən Neymar görüşün 48-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək ikinci topu rəqib qapısından keçirib.

Qarşılaşmada son nöqtəni qoyan Lionel Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl üçüncü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbələrindən vurduğu qolların sayını 26-ya çatdıraraq, “Barselona”nın sabiq üzvü, hollandiyalı Ronald Kumanın göstəricisini təkrarlayıb. Messi cərimə zərbəsindən daha bir qol vurarsa, klub tarixində bu rekordu yeniləyəcək.

Oyunda qonaqların heyətində 51-ci dəqiqədə Enrik Saborit fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.