İDMAN


“Barselona”nın yeni baş məşqçisi məlum olmuşdur

Bakı, 27 aprel (AzərTAc). “Barselona”nın yeni baş məşqçisi mövsüm bitdikdən sonra öz vəzifəsini tərk edəcək indiki məşqçi Pep Qvardiolanın köməkçisi Tito Vilanova olacaqdır.
Bu barədə “Barselona”nın prezidenti Sandro Rossel demişdir.
P.Qvardiola özü qərarını belə şərh etmişdir: “Mən həmişə qısamüddətli kontraktlar bağlamağa çalışmışam, çünki “Barselona”ya qarşı tələblər çox yüksəkdir. Biz son həftələrdə iki yarışı uduzduq. Qərar vermək vaxtıdır. Səbəbi aydındır. Dörd ildə mən çox yorulmuşam. Yeni məşqçi mənim daha “Barselona”ya verə bilmədiklərimi verəcəkdir”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.