CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi: Respublikanın avtomobil yollarında vəziyyət yaxşıdır

Bakı, 31 yanvar, AZƏRTAC

Ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti hökm sürsə də, respublikanın bütün avtomobil yolları açıqdır.

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AZƏRTAC-a bildirib ki, hazırda respublikanın avtomobil yollarında vəziyyət yaxşıdır, nəqliyyat vasitələrinin hərəkəti var. Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolu, Lənkəran-Lerik, Masallı-Yardımlı avtomobil yollarının keçdiyi ərazilərdə sulu qar yağır. Həmin yollarda da hərəkətdə heç bir problem yoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.