CƏMİYYƏT


Baş Dövlət Yol Polisi havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən AZƏRTAC-a verilən məlumata görə, son günlər respublikanın avtomobil yollarında günorta saatlarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən, qəzaların sürücülərin məhz sükan arxasında yuxuya getmələri səbəbindən baş verməsi, sabahdan ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 42 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumat nəzərə alınaraq, qurum sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, günün isti vaxtlarında soyuducu sistemlərlə təchiz olunmamış və istismar müddəti çox olan avtomobillərlə mümkün qədər uzaq səfərlərə çıxmasınlar.

Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən yalnız günün nisbətən sərin vaxtlarında istifadə olunması xahiş edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.