CƏMİYYƏT


Baş Prokurorluğun nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdə olub

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin daxili təhlükəsizlik şöbəsinin rəisi Vüqar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 21-dən 25-dək Haaqada Avropa İttifaqı tərəfindən həyata keçirilən “Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində tədbirdə iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Hüquqi şəxslərin cinayət məsuliyyəti” mövzusunda keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti Niderland Krallığının Təhlükəsizlik və Ədliyyə Nazirliyi, Dövlət İstintaq İdarəsi, Apellyasiya məhkəməsinin nümayəndələri ilə görüşlər keçirib, Beynəlxalq Cinayət Məhkəməsi və keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalının (İCTY) fəaliyyəti ilə yaxından tanış olub.

Görüşlərdə Niderland Krallığının və həmin ölkədə fəaliyyət göstərən beynəlxalq qurumların rəsmilərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan məqsədyönlü qanunvericilik və institusional islahatlar, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, iştirakçılara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən kitablar təqdim edilib.

Tədbirdə hüquqi şəxslərin cinayət məsuliyyətinə dair Niderland Krallığının qanunvericiliyi, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasının üsul və vasitələri, habelə bu sahədə mövcud olan beynəlxalq standartlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.