CƏMİYYƏT


Baş Prokurorluqda Avropa Komissiyası ilə birgə tədbir keçirilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX texniki yardım aləti çərçivəsində “Korrupsiya xarakterli cinayətlərdə istintaq sazişinin tətbiqi” mövzusunda təlim keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Hərbi Prokurorluğun, birinci və Apellyasiya instansiyaları məhkəmələrinin nümayəndələri iştirak ediblər.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov çıxış edərək korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. O, bu mübarizənin möhkəm siyasi iradəyə əsaslandığını xüsusi qeyd edib, bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə İtaliya, Böyük Britaniya və Rumıniyadan olan ekspertlər istintaq sazişinin müxtəlif hüquq sistemlərində tətbiqi xüsusiyyətləri, saziş çərçivəsində zərərçəkmişlərin hüquqlarının qorunması, eləcə də bu institutun tətbiqi ilə əlaqədar mövcud olan məhdudiyyətlər barədə təqdimatlarla çıxış ediblər.

Sonra ekspertlər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.