SİYASƏT
Baş nazir Əhməd Davudoğlu Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub.
Liseyin fəaliyyəti barədə Baş nazir Əhməd Davudoğluna ətraflı məlumat verilib.
Türkiyənin Baş naziri şagirdlərlə görüşüb, onlara hədiyyələr təqdim edib.
Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərindən, bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıqdan danışıb, liseyin kollektivinə müvəffəqiyyətlər arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:58]
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
- 29.03.2024 [15:02]
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 29.03.2024 [14:31]
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
- 29.03.2024 [13:57]