DÜNYA


Baş nazir Binəli Yıldırım: Qiyam zamanı 161 şəhid vermişik VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

15 iyul gecəsi Türkiyə demokratiyası üçün qara ləkədir. Dövlət çevrilişi cəhdinin qarşısı qətiyyətlə alınmışdır. Lakin 161 şəhidimiz, 1440 yaralımız var.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım iyulun 16-da Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ilə birgə təşkil etdiyi mətbuat konfransında deyib.

Baş nazir deyib ki, dövlət çevrilişi cəhdində iştirak edən hərbçilərdən indiyədək müxtəlif rütbələr daşıyan 2839 nəfər həbs edilib. Onların arasında yüksək rütbəli hərbi qulluqçular da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.