Baş nazir Stefan Löfven İsveç hökumətinin “erməni soyqırımı”nı tanımaqla bağlı planının olmadığını deyib
Stokholm, 1 may, AZƏRTAC
İsveçin Baş naziri Stefan Löfven rəhbərlik etdiyi hökumətin qondarma “erməni soyqırımı”nı tanımaqla bağlı planının olmadığını deyib.
Xatırladaq ki, Stefan Löfven 2014-cü ildə bu məsələ ilə bağlı hökuməti ciddi addımlar atmağa vadar edəcəyini bildirmişdi, lakin Baş nazir seçiləndən sonra o, yanaşmasını dəyişdi. “Mən dediyimi etdim, araşdırma aparıldı və nəticələr baş verən hadisələrin çox mürəkkəb olduğunu göstərir. Soyqırımını parlament səviyyəsində və hökumət səviyyəsində tanımaq başqa-başqa şeylərdir”, - deyə o bildirib.
Jurnalistlərin “Yəni, baş verən hadisələri sizin hökumətiniz tanımayacaqmı?” sualına Baş nazir “Hökumətin belə bir planı yoxdur, baş verənləri tarixdən öyrənməliyik”, - deyə cavab verib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [18:54]
Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb
- 16.09.2026 [17:01]
Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib
- 16.09.2026 [16:47]
Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub
- 16.09.2026 [16:19]
Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb
- 16.09.2026 [16:13]