DÜNYA


Baş nazir: Terror təşkilatları Türkiyəyə 10 milyard lirə zərər vurublar

A+ A

İstanbul, 2 sentyabr, AZƏRTAC 

Türkiyədə davam edən terror aktları nəticəsində ölkəyə ümumilikdə 10 milyard türk lirəsi məbləğində zərər dəyib.

Rəhbərlik etdiyi hökumətin fəaliyyətinin 100-cü gününün tamam olması ilə əlaqədar Çankaya köşkündə keçirdiyi müşavirədə məruzə ilə çıxış edən Binəli Yıldırım diqqətə çatdırıb ki, terrorçuların yaşayış məntəqələrində qazdıqları xəndəklərin yaratdığı, həmçinin partlayışlar nəticəsində əhaliyə və təsərrüfata dəyən zərərlərin tam aradan qaldırılması üçün azı 3 il vaxt lazımdır.

Baş nazir, eyni zamanda ölkədəki aqrar siyasətin istiqamətləri, işsızliyin aradan qaldırılması, həyata keçirilən sosial və iqtisadi layihələr barədə də geniş məlumat verib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.