CƏMİYYƏT


Baş nazirin müavini Yasamal rayonunda yanğının baş verdiyi yataqxananın sakinləri ilə görüşüb

Bakı, 7 iyun, AZƏRTAC

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 7-də Yasamal rayonu ərazisində yanğının baş verdiyi yataqxanada məskunlaşan məcburi köçkünlərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov sakinlərlə görüşdə yanğından ziyan çəkən ailələrin müvəqqəti yaşayış yeri ilə təmin ediləcəklərini bildirib.

Yanğından zərər çəkmiş mənzillər təmir edildikdən sonra sakinlər yenidən öz mənzillərinə qayıdacaqlar.

Qeyd edək ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.