SİYASƏT


Baş nazirinin müavini Əli Əhmədov BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüşüb

Bakı, 20 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iyulun 17-20-də BMT-nin Baş qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda iştirak etmək məqsədilə ABŞ-ın Nyu-York şəhərində rəsmi səfərdədir.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Hongbo, Baş katibin müavini və ofisinin rəhbəri xanım Maria Luiza Ribeiro Viotti və BMT-nin Əhali Fondunun regional direktoru xanım Alanna Armitage ilə ikitərəfli görüşlər keçirib.

Görüş zamanı Baş nazirin müavini son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqinin baş verdiyini, respublikamızın dünyanın sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini, bütün sahələrdə mütərəqqi islahatların aparıldığını və inkişafın müşahidə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycanın BMT ilə əlaqələrinin vacibliyindən danışan Baş nazirin müavini təşkilatın növbəti illərdə də ölkəmizdə həyata keçirilən müxtəlif iqtisadi və sosial inkişaf proqramlarına töhfə verəcəyini qeyd edib. Bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin rolunun vacibliyini diqqətə çatdırıb.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Hongbo Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün çox ciddi instusional struktur formalaşdırdığını, qısa müddətdə uğurlu könüllü milli icmal hazırladığını və Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunlaşdırılması, eyni zamanda, müxtəlif maraqlı tərəflərin prosesə cəlb edilməsi istiqamətində mühüm addımlar atdığını vurğulayıb.

BMT Baş katibinin müavini və ofisin rəhbəri xanım Maria Luiza Ribeiro Viotti respublikamızla BMT arasında müxtəlif inkişaf layihələrinin həyata keçirilməsi üçün artıq uğurlu təcrübənin mövcud olduğunu və gələcəkdə də Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək məqsədilə bir sıra birgə layihələrin reallaşdırılmasının mümkünlüyünü qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.