DÜNYA


Baş tutmayan referendum: Macarıstan miqrantları qəbul etmək istəmir

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC

Macarıstanda miqrant kvotası ilə bağlı referendum formal olaraq baş tutmamış sayılıb. Səsverməyə gələnlərin sayı 44 faizdən bir qədər az olub. Ölkə qanunvericiliyinə görə isə, referendumun nəticələrinin tanınması üçün minimum 50 faiz seçicinin iştirakı tələb edilir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bununla yanaşı, səsvermə məntəqəsinə kim gəlibsə, birmənalı olaraq Avropa İttifaqının miqrasiya siyasətinə qarşı çıxıb.

Baş nazir Viktor Orban səsvermənin nəticələrini şərh edərkən deyib: ”Brüssel yoxsa Budapeşt? Sual bundan ibarət idi. Biz müəyyənləşdirdik ki, qərar qəbul etmək hüququ tamamilə Budapeştdə qalır. İndi məsələ belədir: seçicilərin 92 faizinin “yox” dediyi təqdirdə, Avropa İttifaqı kimi demokratik bir birlik öz iradəsini yeridə bilərmi? Mən Macarıstan vətəndaşlarına söz verirəm ki, bunun baş verməməsi üçün hər şeyi edəcəyəm”.

Xatırladaq ki, Avropa İttifaqı Komissiyası ötən il qeyri-leqal mühacirlərin Aİ üzvləri arasında Brüssel tərəfindən təyin olunan kvota üzrə bölüşdürülməsi ideyası ilə çıxış etmişdi. Bir çox ölkələr, xüsusən Şərqi və Mərkəzi Avropa ölkələri bu proqramı yerinə yetirməkdən imtina etmişdilər. Nəticədə qeyri-leqalların yalnız 1 faizini kvota üzrə yerləşdirmək mümkün olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.