REGİONLAR


Basketbol üzrə muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib

A+ A

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Basketbol üzrə Naxçıvan Muxtar Respublikası çempionatının yüksək və birinci dəstəsində növbəti turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi çempionatın yüksək dəstəsinin ilk iki turunu qələbə ilə başa vuran “Ordubad” komandası bu turda da uğurlu çıxış edib. Səfərdə “Şərur” komandasının qonağı olan ordubadlı basketbolçular meydanı 54:26 hesablı qələbə ilə tərk ediblər.

Bu turda “Naxçıvan” komandası məğlubiyyətlə üzləşib. Onun Culfalı həmkarlarına 20 xal (63:43) fərqi ilə məğlub olması bu komandaların turnir cədvəlindəki mövqelərini də dəyişib.

Birinci dəstədə isə “Şahbuz” komandası liderliyi qoruyub saxlaya bilib. Bu turda onlar doğma arenada Sədərək basketbolçularına 45:34 hesab ilə qalib gəliblər. “Lokomotiv” isə cari mövsümdə ikinci qələbəsini “Kəngərli” komandası üzərində qazanıb - 70:22.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.