İDMAN


Basketbolçumuz Amil Həmzəyev “Red Bull King of the Rock-2016” dünya finalında mübarizə aparacaq

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Serbiyanın paytaxtı Belqradda “Red Bull King of the Rock-2016” dünya finalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Red Bull King of the Rock-2016” yarışının milli finalının qalibi Amil Həmzəyev Azərbaycanı dünya finalında təmsil etmək üçün Belqrada yola düşüb. A.Həmzəyevlə bərabər dünya finalında dünyanın 19 ölkəsinin nümayəndələri iştirak edəcək - Azərbaycan, Anqola, Argentina, Bosniya və Herseqovina, Qazaxıstan, Hollandiya, Küveyt, Livan, Litva, Moldova, Monteneqro, Polşa, Rumıniya, Rusiya, Serbiya, Tayvan, Türkiyə, Cənubi Afrika Respublikası və Estoniya.

“Red Bull King of the Rock” – təkbətək formatında unikal küçə basketbol yarışmasıdır.

“Red Bull King of the Rock” yarışı 2010-cu ildən keçirilir. Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak edib. Həmin il A.Həmzəyev San Fransiskoda dünyada küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparıb. 2014-cü ildə yarış Tayvanın Samasana adasında keçirilib və ölkəmizi Zaur Paşayev təmsil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.