İDMAN


Basketbolçumuz Amil Həmzəyev Ukrayna Super Liqasında 2016-cı ili uğurla başa vurub

A+ A

Bakı, 29 dekabr, AZƏRTAC 

Basketbol üzrə milli komandamızın üzvü Amil Həmzəyev bu il Ukrayna Super Liqasında peşəkar oyunu ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Basketbol Federasiyasının məşqçilər komitəsi ölkə çempionatında ötən həftənin oyunlarına əsasən ən yaxşı beşliyi elan edib. “Kremen”də çıxış edən həmyerlimiz ikinci dəfə ölkənin simvolik beşliyinə daxil edilib.

Basketbolçumuz son iki qarşılaşmada 42 xal toplayaraq komandasının ən yaxşılarından olmağı bacarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.