REGİONLAR
“Basqal və basqallılar” kitabının təqdimatı keçirilib
İsmayıllı, 4 mart, AZƏRTAC
İsmayıllı rayonunda Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, publisist Miryavər Hüseynovun “Basqal və basqallılar” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov, professor Cəlil Tarverdiyev və başqaları çıxış edərək, “Basqal və basqallılar” kitabında basqallıların əsrlərdən bəri qoruyub saxladıqları adət-ənənələrdən, bayram və dini mərasimlərdən, ipəkçilik, dəmirçilik, dabbaqlıq və sair qədim sənət növlərinin yaşadılmasından bəhs edildiyini vurğulayıblar.
Kitabda Basqalın adlı-sanlı şəxslərinin həyat yolu barədə də zəngin məlumatlar verilib.
Mərasimdə tanınmış rəssam professor Cəlil Tanrıverdiyev dəyərli kitaba görə müəllifə “Kələğayı” rəsmini hədiyyə edib.
Təqdimat mərasimində çıxış edən kitabın müəllifi M.Hüseynov diqqət və qayğıya görə minnətdarlığını bildirib, yaradıcılıq planlarından danışıb.
Sonda rayonun incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.