REGİONLAR


Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzlar tədqiq olunacaq

A+ A

Naxçıvan, 1 dekabr, AZƏRTAC

Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların da tədqiq olunması nəzərdə tutulub. Bu məqsədlə rəsədxanada lazımi avadanlıqlar quraşdırılıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, elmi-tədqiqat müəssisəsində Günəşin də müşahidə və tədqiq olunması planlaşdırılır.

Batabat Astrofizika Rəsədxanası Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tərkibində fəaliyyət göstərən 6 elmi-tədqiqat müəssisəsindən biridir. Son illərdə rəsədxananın maddi-texniki bazasının yenilənməsi, lazımi iş şəraitinin yaradılması burada müxtəlif elmi-tədqiqatların həyata keçirilməsinə imkan verib. Burada Almaniya istehsalı olan “SEYYS-600” tipli teleskop quraşdırılıb. Bu rəsədxana Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanasından sonra yaradılmış ikinci rəsədxanadır. Elmi-tədqiqat müəssisəsinin əsas fəaliyyəti səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsini əhatə edir. Bu günədək Batabat Astrofizika Rəsədxanasında, əsasən, Günəş sisteminin kiçik cisimləri – kometalar və asteroidlər öyrənilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.