SİYASƏT


Batumi Dövlət Universitetinin tələbələri Azərbaycanın siyasi iqtisadi, turizm imkanları barədə məlumatlandırılıblar

Tbilisi, 22 may, AZƏRTAC

Azərbaycan-Gürcüstan dostluğu, strateji tərəfdaşlığı təkcə regionda deyil, bütövlükdə dünyada nümunədir. Bizim birgə səylərimiz nəticəsində Azərbaycan və gürcü xalqlarının rifahı yaxşılaşıb, bir vaxtlar mövcud olan sosial problemlər həllini tapıb.

Bu fikirlər Azərbaycanın Batumidəki baş konsulluğunda Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin tələbələri ilə keçirilən görüşdə səslənib.

Baş konsul Rəşad İsmayılov tələbələrə Azərbaycan-Gürcüstan dostluğunun qədim tarixi, xalqlarımızın oxşar xüsusiyyətləri, milli adət-ənənələrimiz barədə geniş məlumat verib.

Azərbaycanın və Gürcüstanın dövlət rəhbərlərinin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi”nin rolunu yüksək qiymətləndirən diplomat deyib ki, bu gün birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi–Qars dəmir yolu layihələri, Böyük İpək yolunun bərpası layihəsi bizim dünyada nüfuzumuzu daha artırıb. Hər iki ölkə bu layihələrdən gəlir əldə edir və xalqlarımızın sosial rifah halı günbəgün yaxşılaşır.

Sonra görüşdə Azərbaycanın və Gürcüstanın turizm imkanları, konsulluğun fəaliyyəti, hər iki ölkənin universitetləri arasındakı əməkdaşlığın genişlənməsi, tələbə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.

Universitetin beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin yeni tədris ilində Azərbaycana səfərlərinin təşkili barədə razılıq əldə olunub.

Tələbələr konsulluğun binasında quraşdırılmış foto stendlərdə ulu öndər Heydər Əliyevin fəaliyyətini, Gürcüstana səfərlərini, keçirdiyi görüşləri əks etdirən şəkillərə maraqla baxıblar.

Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.