İDMAN


Batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının açılış mərasiminin son məşqi keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının açılış mərasiminin son məşqi keçirilib. Bu ilk dünya kuboku fevralın 18-də və 19-da paytaxtımızda Milli Gimnastika Arenasında keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasında AZƏRTAC-a bildirilib ki, 15 ölkədən 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında mübarizə aparacaq. Yarışların ilk günü təsnifat, ikinci günü isə final mərhələləri baş tutacaq. Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştareva, Veronika Zemlyanaya, akrobatik cığırda isə Mixail Malkin təmsil edəcək.

Yarışlarda məşhur kişi batutçulardan Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) iştirak edəcəklər.

Akrobatik cığırda kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında isə Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) öz güclərini nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.