İDMAN
“Bavariya” Robbenlə müqavilə müddətini uzadıb
Bakı, 17 yanvar, AZƏRTAC
Münxenin “Bavariya” futbol klubu yarımmüdafiəçisi Aryen Robbenlə müqavilə müddətini uzatmağa qərar verib.
AZƏRTAC Almaniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı hollandiyalı ilə yeni sazış 2018-ci il iyunun 30-dək qüvvədə olacaq. Klubun idarə heyətinin sədri Karl-Haynç Rummeniqe imzalanma mərasimindən sonra futbolçu haqda fikirlərini bölüşüb: “Robben öz mövqeyində dünyada ən yaxşı futbolçulardan biridir. Komandanın əsas üzvünə çevrilən A.Robben artıq səkkiz ildir “Bavariya”nın heyətində yer alır”.
Hollandiyalı oyunçu 2009-cu ildən “Real”dan “Bavariya”ya transfer olunub. Almaniya çempionunun heyətində, ümumilikdə 219 oyun keçirən hollandiyalı 115 qolun sahibidir. Bundesliqanın cari mövsümdə 10 dəfə meydana çıxan Robbenin aktivində 5 qol və 4 məhsuldar ötürmə var.
O, “Bavariya” ilə beş dəfə ölkə çempionu, dörd dəfə Almaniya kuboku, Superkubok, Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionu titulunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]