İDMAN


“Bavariya” Robert Levandovski ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb

Bakı, 14 dekabr, AZƏRTAC

Polşa millisinin və Münxenin “Bavariya” komandasının hücumçusu Robert Levandovski Almaniya klubu ilə yeni müqavilə imzalayıb.

AZƏRTAC Münxen klubunun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, futbolçu qarşıdakı beş ildə də “Bavariya”nın formasını geyinəcək. Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

R.Levandovski bu barədə deyib: “Şadam ki, danışıqlar müsbət nəticə verdi və mən daha bir neçə il “Bavariya”da qalacağam. Qarşıda klubla birgə böyük hədəflərimiz var”.

Polşa yığmasının kapitanı 2014-cü ildə Dortmundun “Borussiya” komandasından transfer olunub. İyirmi səkkiz yaşlı hücumçu “Bavariya”nın heyətində 122 oyunda 86 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.