DÜNYA


Bavariya polisi avtobus qəzasında 18 nəfərin öldüyünü təsdiqləyib

Bakı, 3 iyul, AZƏRTAC

İyunun 3-də Bavariyada avtobusun qəzaya uğrayaq yanması nəticəsində 18 nəfər həlak olub. Hadisənin baş verdiyi ilk saatlarda onlar itkin düşmüş sayılırdı.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Bavariya polisi məlumat yayıb. Hadisə nəticəsində, həmçinin 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan 2-nin vəziyyəti ağır olaraq qalır.

İnsidentlə bağlı təhqiqat davam edir.

Xatırladaq ki, iyulun 3-də səhər saatlarında turistləri Almaniyanın cənubuna aparan avtobus naməlum səbəblərdən yük maşını ilə toqquşaraq alışıb. Xilasedicilərin məlumatına əsasən, yanan avtobusu yalnız 31 nəfər tərk edə bilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.