İDMAN
“Bavariya” vaxtından əvvəl Almaniya çempionu oldu
Bakı, 27 aprel, AZƏRTAC
Almaniyanın “Bavariya” klubu əsas rəqibinin məğlubiyyətindən sonra rəqibləri üçün əlçatmaz oldu.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Bavariya” 2014/2015-ci il mövsümündə vaxtından əvvəl çempionluğa imza atıb. Bu, münhenlilərin ölkə çempionatında dalbadal üçüncü qələbəsidir. Xosep Qvardiolanın yetirmələri 30-cu turda ən yaxın izləyiciləri “Volfsburq” komandasının “Borussiya” klubuna 0:1 hesabı ilə uduzması nəticəsində ilk yeri özləri üçün təmin ediblər.
Çempionatın sonuna dörd tur qalmış “Bavariya” “Volfsburq”u 15 xal qabaqlayaraq 76 xalla turnir cədvəlinə başçılıq edir. Hazırda klubun aktivində 25 ölkə çempionluğu və 16 Almaniya kuboku yer alır.
Bundan başqa, Çempionlar Liqasında da mübarizəni davam etdirən “Bavariya” yarımfinalda İspaniyanın “Barselona” klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]