DÜNYA


Bavariyada yanmış avtobusun itkin düşən 17 sərnişininin taleyi məlum deyil VİDEO

Bakı, 3 iyul, AZƏRTAC

İyunun 3-də Bavariyada qəzaya uğrayan avtobusun itkin düşən 17 sərnişininin taleyi məlum deyil və çox güman ki, onların əksəriyyəti həlak olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi bildirib. “Biz yalnız ümid edə bilərik ki, onlardan kimsə yanan avtobusu tərk edib və şok vəziyyətində hadisə yerindən uzaqlaşıb. Lakin real vəziyyətdən çıxış edərək çox sayda insanın ölüm faktının qeydə alınacağını düşünürük”, - deyə o bildirib.

Xatırladaq ki, iyulun 3-də səhər saatlarında turistləri Almaniyanın cənubuna aparan avtobus yük avtomobili ilə toqquşaraq alışıb. İlkin məlumata görə, avtobusda 46 nəfər sərnişin və iki sürücü olub. Xilasedicilərin məlumatına əsasən, yanan avtobusu 31 nəfər tərk edə bilib. Onların arasında ağır xəsarət alanlar var.

Avtobusun sərnişinlərinin yerli turistlərdən ibarət olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.