İDMAN
“Bavariya”dan böyük hesablı qələbə
Bakı, 27 avqust, AZƏRTAC
Almaniya Bundesliqasında növbəti futbol mövsümü start götürüb.
AZƏRTAC xəbər verir ki, açılış matçında Münxenin “Bavariya” klubu Bremenin “Verder” komandasını qəbul edib. Almaniya çempionu bremenlilərə şans verməyib. Oyun meydan sahiblərinin böyük hesablı (6:0) qələbəsi ilə başa çatıb.
Ötən mövsüm Bundesliqanın bombardiri olmuş Robert Levandovski yeni futbol mövsümünü het-triklə qeyd edib. Xabi Alonso, Filipp Lam və Frank Riberi hərəyə bir qolla fərqlənə bilib. Münxenlilərin bu qələbəsi komanda ilə ilk rəsmi matçına çıxan baş məşqçi Karlo Ançelotte üçün də əlamətdar olub. O deyib: “Bundesliqada startımız uğurlu alındı. Erkən qol vurmağı bacardıq və sonradan oyuna nəzarət etdik. Xoşbəxtəm, eyni zamanda öz üzərimizdə hələ çalışmalıyıq”, - deyə italyan mütəxəssis bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]