İDMAN


Bax: Soçi Olimpiadasına görə sanksiyalar oktyabrdan gec qəbul edilməməlidir

Bakı, 22 iyun, AZƏRTAC

Rusiya KİV-lərinin yaydığı məlumata görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, 2014-cü ilin qış Olimpiya Oyunlarında antidopinq qaydaları pozduğuna görə Rusiya idmanına sanksiyalar oktyabrdan gec olmayaraq qəbul edilə bilər.

“R-Sport” Baxın aşağıdakı fikirlərini sitat gətirib: “Biz bacardıqca bunu tez etmək (hər şeyi aydınlaşdırmaq) istəyirik. Biz müvafiq sanksiyalar qəbul etmək üçün manipulyasiya sisteminin nə dərəcədə kök salmasını aydınlaşdırmalıyıq. Soçi Olimpiadası ilə bağlı mümkün sanksiyalar məsələsi oktyabrdan gec olmayaraq Pxençxanda təsnifat yarışları başlananadək həll edilməlidir. Bizdə yaranan təəssürata görə, Rusiyada bəzi adamlar gələcək məsələlərdən danışaraq düşünürlər ki, ötənlər unudulub.

Bir tərəfdən, biz Rusiya Prezidentinin “Bəli, bizdə problem oldu, biz bunu etiraf etməliyik” söyləməsini gördük. Digər tərəfdən, bəzi hökumət məmurları və parlamentarilər bunlara məhəl qoymamağa çalışırlar. Siz, Soçidə baş verənləri unuda bilməzsiniz. Biz aydın şəkildə onlara bildirdik ki, orada baş verənlərlə bağlı sanksiyalar tətbiq edilməlidir”.

2016-cı ildə Dünya Antidopinq Agentliyi Riçard Maklarenin rəhbərliyi altında müstəqil komissiyanın məruzəsinin iki hissəsini çap etdirib. Məruzədə iddia olunub ki, idmanın 30 növündə müxtəlif turnirlərdə mindən çox rusiyalı idmançı dopinqdən istifadəyə cəlb edilib. Həmçinin Rusiyada dopinqin dövlət sistemi səviyyəsində mövcudluğu iddia olunub. Rusiyanın hökumət orqanları bu iddianı təkzib edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.