İDMAN


Bayıl stadionunda futbol üzrə “3x3 qızlar turniri” təşkil olunacaq

Bakı, 10 may, AZƏRTAC

Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə Bayıl stadionunda qızlar arasında 2 yaş qrupu üzrə “3x3 qızlar turniri” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdır. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdır.

Oyunların müddəti 10 dəqiqədir (hər hissə 5 dəqiqə). İştirakçılar idman geyimində olmalıdırlar, təşkilatçılar tərəfindən iştirakçılara yalnız oyun jiletləri veriləcək. Turnirin keçirilmə qaydaları ilə bağlı ətraflı məlumat turnir zamanı iştirakçılara veriləcək. Turnir zamanı müxtəlif yarışlar keçiriləcək, qaliblər mükafatlandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.