CƏMİYYƏT


Bayrağım - varlığım

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirilib.

Kompleksdən AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin müəllim və şagirdləri Dövlət Bayrağı Meydanında, o cümlədən Dövlət Bayrağı Muzeyində olublar.

Məktəblilərə dövlət bayrağının yaranması tarixi barədə ətraflı məlumat verilib.

Eyni zamanda, məktəbin foyesində şagirdlərin Dövlət Bayrağı Gününə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.