REGİONLAR


Bayrağımız qürur mənbəyimizdir

A+ A

Ucar, 9 noyabr, AZƏRTAC 

Ucardakı Heydər Əliyev Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər mərkəzindəki abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.

Təntənəli yığıncaqda rayon icra hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov iştirakçıları təbrik edib. Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra rayonun ümumtəhsil məktəblərinin şagirdləri bayrağımıza, dövlətimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhər 2 saylı tam orta məktəbinin tarix müəllimi Rəna Hüseynova “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda məruzə edib. Türk mədəniyyətinin, müsəlman sivilizasiyasının və Azərbaycan demokratiyasının dəyərlərinin simvolu olan üçrəngli bayrağımız barədə danışan məruzəçi bu dövlət atributumuzun 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız uzun illərdən sonra 1990-cı il noyabrın 19-da ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən ucaldılıb və hazırda bu bayraq BMT-də, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında dalğalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.