İQTİSADİYYAT


Bayram günlərində Bakı-Tbilisi-Bakı sürət qatarı ilə 19 mindən artıq sərnişin daşınıb

Bakı, 6 yanvar, Elvin Camalov, AZƏRTAC

2016-cı il dekabrın 29-dan 2017-ci il yanvarın 4-ü daxil olmaqla yeddi gün ərzində Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı ilə 19 mindən artıq sərnişin daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 19589 nəfər, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında 17296 nəfər sərnişin daşınıb.

Həmçinin respublika daxilində sərnişinlərin sayının artdığını nəzərə alaraq, yerli istiqamətdə və Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.

38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına sxemdən əlavə 29, yerli istiqamətdə Ağstafa-Qazax-Bakı sərnişin qatarına 15 vaqon, Bakı-Balakən-Bakı sərnişin qatarına 16, Bakı-Astara-Bakı sərnişin qatarına cəmi 2, Bakı-Böyük-Kəsik-Bakı sərnişin qatarına 2 vaqon qoşulub.

Beləliklə, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 64 vaqon qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.